Medvedevdən koronavirusla bağlı açıqlama: “Sözsüz ki, dünya fərqli olacaq”

03:00 22-05-2020 376

“Pandemiya qloballaşmaya son qoymadı, lakin qlobal dünya sözsüz ki, fərqli olacaq”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev deyib.

“Güman ki, bazarlar hələ kifayət qədər bağlı qalacaq. Lakin bu, o demək deyil ki, qloballaşma başa çatıb. Qlobal dünya qalır, lakin sözsüz ki, fərqli olacaq”, - D.Medvedev bildirib.