Rusiyada FHN əməkdaşları otu qayçı ilə biçdilər - VİDEO

15:40 22-05-2020 456

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları otu qayçı ilə biçirlər.

Bununla bağlı kadrları “BAZA” Telegram kanalı yayımlayıb.

Bildirilir ki, video Rusiyanın Novosibirsk şəhərində çəkilib.

FHN işçiləri bağbanlıq üçün lazım olan digər vəsaitləri olmadıqları barədə rəhbərliyə müraciət ediblər. Lakin onların tələbinə rədd cavabı gəlib və bildirilib ki, otu nə ilə istəsələr, biçə bilərlər.

Bundan sonra yanğınsöndürənlər qayçı alaraq, otu biçməyə başlayıblar.