Məşhur cərrah Mərkəzi Gömrük Hospitalındakı işindən ayrıldı

16:20 28-06-2020 354

Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, transplantoloq, cərrah Mircəlal Kazımi xəstəxanadan ayrılıb.

Bunu HerGun.Az-a açıqlamasında həkim özü bildirib.

Onun sözlərinə görə, xəstəxanadan pandemiya səbəbindən ayrılıb: “Mərkəzi Gömrük Hospitalındakı işimdən müvəqqəti olaraq ayrılmışam. Bildiyiniz kimi, Mərkəzi Gömrük Hospitalı koronavirus xəstələri üçün ayrılıb. Buradakı əməkdaşlar fədakarcasına xəstələrə xidmət göstərirlər. Xəstəxana yalnız COVİD-19 xəstələrini qəbul etdiyindən, digər xəstələrimizin, xüsusilə də qaraciyər və böyrək transplatasiyası əməliyyatına ehtiyacı olanların müayinə və müalicəsi üçün artıq Mərkəzi Klinikada fəaliyyət göstərirəm”.

Qeyd edək ki, M.Kazımi 2008-ci ildən bu sahə üzrə çalışır.