Əfsanəvi musiqi qrupu Donald Trampı məhkəmə ilə hədələdi

06:00 29-06-2020 327

Britaniyanın əfsanəvi “The Rolling Stones” qrupu ABŞ Prezidenti Donald Trampa rəsmi xəbərdarlıq ünvanlayıb və ondan mitinqlərində kollektivə aid musiqi parçalarından istifadə etməməyi tələb edib.

“Deadline” nəşri xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı ötən həftə Oklahoma ştatında keçirilmiş mitinqdə “You Can’t Always Get What You Want” mahnısını səsləndirib. Daha öncə - 2016-cı ildə seçki kampaniyası dövründə də Tramp bu hitdən istifadə edibmiş.

Mahnının bütün hüquqlarına sahib olan “Broadcast Music, Inc.” şirkəti “The Rolling Stones” qrupunun xahişi ilə Tramp administrasiyasına lisenziya şərtlərinin pozulması ilə bağlı müraciət ünvanlayıb.

“Tramp bu xəbərdarlığa məhəl qoymazsa, məhkəmədə cavab verməli olacaq”, - deyə britaniyalı musiqi qrupunun hüquqşünası bildirib.