Rusiyada metal anbarında güclü yanğın baş verib - VİDEO

13:40 30-06-2020 24

Rusiyanın Sankt-Peterburq şəhərindəki metal anbarında güclü yanğın baş verib.

TASS agentliyi xəbəri Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli Baş İdarəsinin mətbuat xidmətinə istinadən yayıb.

İlkin məlumata görə, alov iki min kvadrat metr ərazini əhatə edib.

Yanğın yerinə 43 ədəd texnika, “Mi-8” helikopteri cəlb olunub.

Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.