“Zirə” baş məşqçisi ilə yolları ayırdı - RƏSMİ

16:40 30-06-2020 510

“Zirə” baş məşqçisi Zaur Həşimovla yolları ayırıb.

HerGun.Az xəbər verir ki, klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib.

Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.

Qeyd edək ki, “Zirə” Azərbaycan Premyer Liqasında beşinci yeri tutaraq avrokuboklara vəsiqə qazana bilməyib.