TƏBİB rəsmisindən koronavirusun peyvəndi ilə bağlı AÇIQLAMA

19:20 30-06-2020 434

“Bir infeksiya üçün peyvəndin hazırlanıb satışa çıxarılması çox uzun müddət tələb edir”.

HerGun.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 

Onun sözlərinə görə, hazırda bu xəstəliklə bağlı peyvəndin hazırlanması işləri davam edir: 

“Bu peyvəndin hələ hazırlanıb hansısa ölkədə istifafə olunması faktı yoxdur. Peyvənd hazırlanandan sonra ziyanlı olub-olmaması araşdırılmalıdır. 

Keçən brifinqdə Hande Harmancı çıxışında qeyd etdi ki, bir neçə peyvənd üzərində işlər gedir. Bir peyvəndin ilin sonuna kimi hazırlanması gözlənilir. Hələlik hazırlanan peyvəndlərin istifadəsinə başlanmayıb. Bu barədə danışmaq hələlik tezdir”.

Könül Cəfərli