Prezidentin köməkçisindən Dağıstandakı həmvətənlərimizlə bağlı AÇIQLAMA

20:00 30-06-2020 26

“Dağıstanda saxlanılan vətəndaşlarla əlaqədar onu qeyd etmək istərdim ki, digər ölkələrin ərazisində olan həmvətənlərimiz həmin ölkənin qayda-qanunlarına riayət etməlidir”.

HerGun.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, hər hansı zorakılıq xarakteri daşıyan addımlardan çəkinmək lazımdır:

“Bu, çox vacib xarakter daşıyır. Saxlanılan vətəndaşlarla bağlı Azərbaycanın aidiyyəti strukturları Rusiyanın hüquq-mühafizə orqanları ilə təmasdadırlar”.

Könül Cəfərli