Serenay Sarıkayanın tətil fotoları müzakirələrə səbəb oldu - FOTO
11:00 01-07-2020 724
Cem Yılmazla eşq yaşaması ilə gündəmdən düşməyən türkiyəli aktrisa Serenay Sarıkaya tətil fotolarını paylaşıb.
HerGun.Az xəbər verir ki, aktrisanın “Instagram” hesabında paylaşdığı fotolarda barmağında olan üzük diqqət çəkib.
Onun “Batarkən üfüqdən bir axşam günəşi” qeydi ilə etdiyi paylaşımı saysız-hesabsız bəyənmə və rəy toplayıb. İzləyicilərindən bəziləri bu üzüyün toya işarə etdiyini, bəziləri isə heç bir xüsusi məna kəsb etmədiyini bildirib.