Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələn şəxslər cərimələnib - FOTO

20:20 27-07-2020 21

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində müvafiq tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan HerGun.Az-a verilən məlumata görə, polis əməkdaşları  tərəfindən avtonəqliyyat vasitələri saxlanılıb,  yoxlanış zamanı bəzi sürücü və sərnişinlərin xüsusi karantin qaydalarını pozaraq, istirahət məqsədilə rayona gəldiyi aşkar edilib.

Qaydaları pozduqları üçün dörd nəfər barəsində protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.