Türkiyədə koronavirusdan ölənlərin və yoluxanların sayı artıb

23:40 27-07-2020 327

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayında artım olub.

HerGun.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

O qeyd edib ki, ötən sutka ərzində daha 17 nəfər koronavirusdan ölüb.

Bununla da koronavirus qurbanlarının ümumi sayı 5 630 nəfərə çatıb.

Son sutkada daha 919 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 227 019 nəfərə çatıb.  

Daha 982 nəfər isə koronavirusdan sağalıb. Hazırda ölkədə koronavirusdan sağalanların ümumi sayı 210 469 nəfərdir.