Evdə təmir aparanlar “Cumanci” sandığına oxşar taxta qutu aşkar etdilər

06:20 28-07-2020 433

Evdə təmir işləri aparan ər-arvad “Cumanci” filmindəki sirli sandığa oxşayan qutu aşkar ediblər.

“Zvezda” telekanalı xəbər verir ki, qədim zamanlara aid taxta sandıq pilləkənin altında yerləşən anbardan tapılıb.

Sandıqda Tomas Makk və Lourens Makk qardaşlarına məxsus fotoşəkillər, sənədlər, Birinci və İkinci dünya müharibəsinə aid medallar olub.

Sənədləri araşdırarkən məlum olub ki, hər iki qardaş Vankuver şəhərində doğulub və II Dünya Müharibəsində birinci Kanada Paraşüt Batalyonunda xidmət ediblər.