Qasırğa ABŞ - Meksika sərhədindəki divarı məhv etdi - VİDEO

08:00 28-07-2020 394

“Hanna” qasırğası ABŞ - Meksika sərhədindəki divarın bir hissəsini məhv edib.

Divarın küləyin və yağışın təzyiqi altında necə çökməsi barədə “Twitter” sosial şəbəkəsində yerləşdirilən görüntülər qısa müddətdə yayılıb.

Məhv olan divarın ABŞ-ın Texas ştatı ilə Meksikanın Tamaulipas ştatının sərhədində yerləşdiyi iddia olunur.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkənin Meksika ilə sərhədindəki divarın dünyada ən güclü sədd olduğunu demişdi.