Klopp: “Ferqyusonla tanışlıq Roma Papası ilə tanışlıq kimi idi”

10:00 28-07-2020 442

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Yunayted”in keçmiş məşqçisi ser Aleks Ferqyusonla ilk tanışlığı barədə danışıb.

Bu barədə “Goal” nəşri yazıb.

Y.Klopp A.Ferqyusonun “Liverpul”u çalışdıra bilməyəcəyini düşünsə də, ona heyranlığını gizlətməyib.

“Yadımdadır, o, gördüyüm ilk britaniyalı məşqçi idi. Biz səhər yeməyində görüşdük. Onun hər şeyi xatırlamasından əmin deyiləm, ancaq mən xatırlayıram. Çünki mənim üçün bu an Roma Papası ilə görüşə bənzəyirdi. Mən heyram oldum”, - deyə Y.Klopp bildirib.