Bu gün təhlükəli geomaqnit fırtınası gözlənilir

11:40 28-07-2020 25

İyulun 28-də təhlükəli maqnit fırtınası gözlənilir.

Bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Araşdırma İnstitutunun rəhbəri Sergey Didiyenkonun hesabatına istinadən xəbər verir.

Belə güclü fırtınanın elektron cihazların, rabitə və telekommunikasiya kanallarının fəaliyyətinə təsir göstərə biləcəyi qeyd olunur.

Didiyenko bildirib ki, açıq hava şəraitində yerləşdirilən stansiyalar və rabitə mərkəzləri bu məlumatları nəzərə alınmalıdır.