Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi

01:00 29-07-2020 26

Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımıza müraciət edib. 

HerGun.Az xəbər verir ki, müraciətdə Vətənə qayıtmaq istəyən soydaşlarımızın koronavirusa qarşı verdikləri test nəticələrinin cavablarının bu gün səhər yerli vaxtla 07:00-da elan ediləcəyi bildirilib.

Qeyd edilib ki, test nəticələri neqativ olan şəxslər saat 10:00-da Tbilisidəki səfirliyimizin binası önündən xüsusi ayrılmış ödənişsiz avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə çatdırılacaq. 

Bildirilib ki, COVID pasportu əldə etmiş şəxslər şəxsi nəqliyyat vasitələrindən də istifadə edə bilərlər.