57 yaşlı türkiyəli müğənninin gənc fenomen qıza yazdığı mesajlar üzə çıxdı - FOTO

12:40 29-07-2020 547

Türkiyəli populyar müğənni İzzət Yıldızxanın məşhur gənc fenomen Aysu Varola yazdığı mesajlar üzə çıxıb.

HerGun.Az xəbər verir ki, bu barədə bloqer “Instagram” hesabının hekayə bölməsində paylaşım edib.

A.Varol 57 yaşlı müğənninin “Instagram” və “WhatsApp” hesabına mesaj yazaraq, tanışlıq üçün onu ofisinə çağırdığını bildirib.

“Instagram” fenomeni doqquz uşaq atası olan Yıldızxanın sosial şəbəkələrdən ona yazdığı mesajları dərc edib.

Bundan sonra İ.Yıldızxan A.Varolu “Instagram”da bloklayıb.