Çində koronavirusa yoluxma hallarının sayı yenidən artır

16:40 29-07-2020 19

Çində koronavirusa yoluxma hallarının sayı artmaqda davam edir.

Mk.ru ölkənin Səhiyyə üzrə Dövlət Komitəsinə istinadla məlumat verir ki, son bir gündə ölkədə 128 nəfərdə koronavirus aşkarlanıb.

Onlardan 101-nin simptomları olsa da, 27-nin xəstəliyi simptomsuz keçirir.

Eyni zamanda, bir gün əvvəl yalnız 102 yoluxma hadisəsi aşkar edilib ki, bunların da 68 nəfərində simptomlar özünü biruzə verib.

Xatırladaq ki, Çində 2019-cu ilin dekabrından koronavirus müəyyən edilən 84 060 xəstənin 4 634-ü ölüb, 78 944-ü sağalıb.