Sizcə, kim yalan danışır? - VİDEO

21:00 29-07-2020 367

Son zamanlar sosial şəbəkələrdə ehtiyacı olan insanlara yardım kampaniyaları xeyli çoxalıb.

Xeyirxah Azərbaycan xalqı isə normal olaraq öz yardımlarını əsirgəmirlər, ancaq bu məsələ də  müəyyən işbazlara pul yığmaq üçün fürsət olub. Əlbəttə ki, sözümüzün canı var.

Doqquz yaşlı Samir Qubanın Çarxaçı kəndindəndir. Bir ay əvvəl ehtiyatsızlıqdan bədəninin 70 faizi yanıb. Sosial şəbəkələdə bu uşağın əməliyyatı üçün pul lazım olduğu, ailənin maddi vəziyyətinin isə çox aşağı olduğu barədə məlumatlar yayılır.

Biz də Baku TV olaraq bu müraciət əsasında kömək etmək qərarına gəldik. İlk olaraq uşağın həkimi ilə əlaqə saxladıq. Həkim isə bizə heç gözləmədiyimiz bir məlumat verdi. Zərərçəkənin əməliyyat olunduğunu və artıq yaxın günlərdə evə buraxılacağını bildirdi.

Yardımla bağlı gecikdiyimizi düşünərək, hər ehtimala qarşı elanda göstərilən nömrə ilə əlaqə saxladıq. Uşağın babası Söhrab bəyin sözlərinə görə, Samir  iki dəfə əməliyyat olunub və növbəti əməliyyat üçünsə 2000 manat məbləğində pul tələb olunur.

Artıq suallarımız çoxalır, mövzu isə başqa bir səviyyəyə doğru gedirdi...

Ətraflı süjetdə...