COVID-19-a görə Latın Amerikasını aclıq və kütləvi miqrasiya gözləyir

03:20 30-07-2020 378

Əvvəlcə Peru, sonra Ekvador və sonunda Honduras: Pandemiya səbəbiylə Latın Amerikasında cinayət nisbəti kəskin artıb.

Vesti.ru xəbər verir ki, qitə bu həftə koronavirusa yoluxma hadisələrin sayına görə Şimali Amerikanı üstələyib. İndi bütün aktiv COVID-19 hallarının 26 faizindən çoxu bu ərazinin payına düşür.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, qitə dünya birliyinin köməyi olmasa, fəlakətli nəticələrlə üzləşəcək.

“COVID-19 pandemiyası bəzi Latın Amerikası ölkələrində onsuz da çətin olan iqtisadi vəziyyəti çətinləşdirib. 11 milyondan çox insan aclığın astanasındadır. Həm koronavirusla, həm də iqtisadi nəticələrlə mübarizə aparmalıyıq, əks təqdirdə çox sayda insan öləcək və bölgəni siyasi qeyri-sabitlik və kütləvi miqrasiya bürüyəcək”, - deyə Dünya Qida Proqramının (WFP) İcraçı direktoru Devid Bisli qeyd edib.