İranda koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlandı

04:20 30-07-2020 407

İran Tibb Şurasının vitse-prezidenti Əli Fəttahi ölkə daxilində altı mindən çox tibb işçisinin yeni növ koronavirusa yoluxduğunu açıqlayıb.

ISNA xəbər verir ki, bu sayın 22 faizini tibb bacıları, 20 faizini həkimlər təşkil edir.

Fettah bildirib ki, bu günə qədər 140 tibb işçisi COVID-19-dan həyatını itirib.

Çindən dünyaya yayılan COVID-19 ilk olaraq 19 fevralda, İranın Qum şəhərində müşahidə edilib və daha sonra bütün ölkəyə yayılıb.

İranda koronavirusdan gündəlik itki təxminən 200 olub. Bu günə qədər ölkədə 298 909 nəfərdə aşkarlanan virus 16 343 nəfərin ölümü ilə nəticələnib.