Avstraliya hökuməti Sidneyi koronavirusun yeni ocağı elan etdi

06:00 30-07-2020 19

Avstraliyanın ən böyük şəhəri Sidney ölkədə koronavirusun yeni ocağı elan edilib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Kvislend ştatının baş naziri Anasteyşa Palaşşuk bəyan edib.

“Sidney artıq COVID-19-un ocağı elan edilib. Bundan sonra Sidneydən heç km Kvinslendə buraxılmayacaq”, - deyə o, özünün “Twitter” hesabında bildirib.

Baş nazir onu da vurğulayıb ki, yeni qaydalar Sidneydən qayıdan Kvinslend sakinlərinə aid deyil. Onlar sadəcə ştata qayıdandan sonra öz hesablarına iki həftə oteldə təcrid olunmalıdırlar.