Vilayət Eyvazov rəis müavinini işdən çıxardı

09:40 30-07-2020 428

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

HerGun.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Cavanşir Əhmədov işdən çıxarılıb.

O, hazırda sərəncamdadır.

İlhamə Əbülfət