Cəlilabada piknikə gedən şəxslər cərimələnib - VİDEO

13:00 30-07-2020 350

Sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq, Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini Elvin Süleymanzadənin idarə etdiyi “Niva” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan müvafiq yoxlama zamanı sürücü ilə yanaşı, avtomobildə olan Bakı sakinləri Nahid Qasımov, Habil Əsədov və üç nəfər qadının heç bir müvafiq icazə olmadan, karantin qaydalarını pozaraq, Bakı şəhərindən Cəlilabada getdikləri müəyyən edilib.

Onların rayona dincəlmək məqsədilə - piknik təşkil etmək üçün gəldikləri məlum olub.

Həmin altı şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, onlar 200 manat məbləğində cərimə olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.