Azərbaycanda Təcili Tibbi Yardım Stansiyasında acınacaqlı vəziyyət - VİDEO

14:00 30-07-2020 18

Azərbaycanda Təcili Tibbi Yardım Stansiyası yararsız vəziyyətdədir.

HerGun.Az-ın məlumatına görə, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda stansiya əməkdaşlarının binanın qarşısına yığışdığı, binanın isə istifadəyə yararsız vəziyyətdə olduğu aydın görünür.

Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva HerGun.Az-a açıqlamasında bildirib ki, mart ayının 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının 145 çarpayılıq yeni binasının açılışı olub:

“Xəstəxananın təcili yardım şöbəsi də var. Sadəcə, hazırda xəstəxana pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi üçün bəzi şöbələr əvvəlki binalarına qaytarılıb”.

O qeyd edib ki, bina uzun müddətdir belə vəziyyətdədir:

“İllərlə yaşı olan binadır. O səbəbdən də yeni xəstəxana binası istifadəyə verilib. Çəkiliş olan binada isə hazırda Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təmir işləri gedir”.

İlhamə Əbülfət