“Fənərbağça” qapıçısı ilə yollarını ayırdı

17:40 30-07-2020 31

Türkiyənin “Fənərbağça” futbol klubu ilə müqaviləsi başa çatan 26 yaşlı qapıçı Ertun Ersu İstanbul klubunu tərk edib.

“Fanatik” nəşri xəbər verir ki, “Fənərbağça”nın yetirməsi uzun illərdir klubun əvəzedici qapıçısı olub.

Qolkiper klubu tərk etməsi ilə bağlı xəbəri “Instagram” hesabında paylaşaraq, ona güvənən və hörmət edən azarkeşlərə təşəkkür edib.