Kosmosdan gələn sirli siqnalın mənbəyi tapıldı

04:40 31-07-2020 381

Kosmosdan gələn sirli radio siqnalının mənbəyinin SGR 1935 + 2154 maqnetar (yumşaq təkrarlanan qamma şüalarının qaynağı) olduğu müəyyən edilib.

Avropa Kosmik Agentliyinin (ESA) saytında verilən məlumata görə, səma cismi yalnız rentgen şüaları deyil, həm də radio dalğaları yayır.

“İnteqral” rəsədxanası tərəfindən bir maqnetardan - güclü maqnit sahəsi olan bir neytron ulduzdan - yönəldilmiş enerji partlayışı aşkar edilib. Bu barədə məlumat dünyanın hər yerində rəsədxanalara ötürülüb.

Təhlildən sonra alimlər altı il əvvəl tapılan SGR 1935 + 2154-ün həm rentgen şüalarının, həm də radio dalğalarının mənbəyi olduğu qənaətinə gəliblər.

Mütəxəssislərin fikrincə, neytron ulduzlar kainatda bir sıra fərqli proseslərin idarə olunmasında əsas rolu oynayırlar. Maqnetardan gələn siqnalların sabitlənməsi bu əsrarəngiz cisimlərin mənşəyini ortaya çıxara bilər.