Bakıda ağır qəza: İki gənc qızı avtomobil vurdu

00:40 01-08-2020 458

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, paytaxtın mərkəzində, Dilarə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, nəqliyyat vasitəsi 2004-cü il təvəllüdlü Əliyeva Türkan və 2005-ci il təvəllüdlü Pəsiyeva Xədicəni vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Ə. Türkana bazunun sınığı, P. Xədicəyə isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.