Səkkiz mərtəbəli binanın damından yıxılan gənc sağ qaldı

06:40 01-08-2020 311

Çinin Şençjen şəhərində kişi səkkiz mərtəbəli binanın damından yıxılsa da, sağ qalıb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə iyulun 28-də baş verib. Səkkizmərtəbəli binanın damından yıxılan gənc avtomobilin damına düşüb və oradan da yerə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, 21 yaşlı gənc yıxılsa da, sanki heç nə olmamış kimi görünüb.

O, özü ayağa qalxıb və sərbəst şəkildə bir qədər oturduqdan sonra xəstəxanaya aparılıb.