Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 279 yeni yoluxma - FOTO

17:00 01-08-2020 38

Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Bildirilib ki, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

Hazırda aktiv xəstə sayı 5229 nəfər təşkil edir.