Uzun müddət xəstəlikdən əziyyət çəkən şəxs intihar etdi

21:00 01-08-2020 378

Cəlilabad rayonunda intihar hadisəsi baş verib. 

Report-un məlumatına görə, hadisə Cəlilabad şəhərinin Həməşəra küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Həmin küçənin sakini, 1960-cı il təvəllüdlü Ehtiram Bəşirov özünü yaşadığı evdə asaraq intihar edib. İlkin məlumata görə, intihar səbəb onun, uzun müddətdi xəstəlikdən əziyyət çəkməsidir. 

Qeyd edək ki, o, əvvəl də intihara cəhd edib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.