ABŞ-da miqrasiya rüsumları artırılır

04:40 02-08-2020 692

ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) bəzi miqrasiya rüsumlarının artırıldığını açıqlayıb.

Xidmətin rəsmi saytında verilən məlumata görə, orta hesabla 20 faiz yüksələcək yeni rüsumlar 2 oktyabr 2020-ci il tarixində qüvvəyə minəcək.

Bildirilir ki, ödənişlər immiqrantlar tərəfindən edilən müraciətlərin işlənməsinin tam xərcini ödəmək üçün nəzərdə tutulub.

Eyni zamanda, USCIS immiqrasiya müraciətlərinə baxılması müddətini 15 təqvim günündən 15 iş gününə qədər artıracaq.

Tarifləri yüksəltmək qərarı xidmətin koronavirus pandemiyası çərçivəsində maliyyələşməsinin azaldılması və əcnəbilər tərəfindən ABŞ-da yaşamaq üçün verilən müraciətlərin sayının kəskin azalması ilə izah olunur.

USCIS pandemiya səbəbindən ofislərini bağlamağa və xidmət tətbiqlərini dayandırmağa məcbur olub. Şöbə Konqresdən 1,2 milyard dollar məbləğində təcili maliyyə yardımı edilməsini istəmişdi. Əksər federal agentliklərdən fərqli olaraq, USCIS-in əsas gəlirinin xidmət haqqı olduğu bildirilir.