Komitə sədri ünvanlı sosial yardım alanların sayını açıqladı

11:20 09-09-2020 335

Azərbaycanda ünvanlı sosial yardım alan vətəndaşların sayı açıqlanıb. 

HerGun.Az-ın müxbiri xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusla mübarizə çərçivəsində 10 min nəfərə ünvanlı sosial yardım təyin edilib.

“Bununla da, ünvanlı sosial yardım alanların sayı 342 min nəfərə çatıb”, - deyə M.Quliyev əlavə edib. 

Aqşin Kərimov