Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi

15:40 09-09-2020 66

Yaponiyada “Peach Aviation” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib.

NHK xəbər verir ki, bu hadisə təyyarədə maska ​​taxmaqdan imtina edən və qalmaqala səbəb olan sərnişinə görə baş verib.

124 nəfərlik layner Hokkaydo prefekturasının şimalındakı Kuşiro hava limanından Osaka şəhərinə uçmaq üçün havaya qalxıb.

Sərnişindən maska taxmağı istənilsə də, o, buna razı olmayıb, qalmaqal yaradıb, yüksək səslə qışqıraraq heyət üzvlərini və sərnişinləri təhdid edib.

Bu zaman pilot təcili eniş qərarını verib. Həmin şəxs təyyarədən çıxarıldıqdan sonra layner təyinat yerinə iki saat gecikməklə çatıb.