Bakı Şəhər İcra Hakimiyyətindən dibi betonlanmış ağaclarla bağlı AÇIQLAMA - FOTO

21:20 09-09-2020 373

Bakı Şəhər İcra Hakimiyyəti ötən gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumatla bağlı açıqlama yayıb.

BŞİH-dən HerGun.Az-a verilən məlumata görə, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib.

Sözügedən acağların dibi betondan təmizlənib, ağaclara su verilib və ərazi nəzarətə götürülüb.