Bakıda mənzildə qadın meyiti aşkarlanıb
00:00 10-09-2020 779
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumat əsasında hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Makarova Tatyana Yevgenyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.