Goranboyda top mərmiləri aşkarlandı - FOTO

01:00 10-09-2020 62

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan HerGun.Az-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Yuxarı Ağcakənd kənd məntəqəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 100 mm-lik top mərmisi (OF-412) və bir ədəd 30 mm-lik zenit top mərmisi (BZT) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 50 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.