İt 15 yaşlı qızı cinsi təcavüzdən xilas etdi - FOTO

23:40 10-09-2020 414

Rusiyanın Sankt-Peterburq şəhərində xidməti it yeniyetmə qızı təcavüzdən xilas edib. Belə ki, heyvanın sayıqlığı sayəsində caninin öz qurbanını apardığı ev tapılıb.

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, ana 15 yaşlı qızının itkin düşməsi ilə bağlı polisə müraciət edib. Qadının sözlərinə görə, övladı onun işlədiyi gözəllik salonundan çıxıb və evə çatmayıb. Qızının telefonuna isə zəng çatmayıb.

Hüquq mühafizəçiləri “Volk Merkuri” ləqəbli iti işə qoşublar. Xidməti heyvan itkin düşən qızın paltarından izi götürərək, əməliyyatçıları atılmış evə gətirib.

Polislər içəridə məktəbliyə təcavüz etməyə hazırlaşan kişini tapıblar. Şübhəli qaçmaq istəsə də, hüquq mühafizəçiləri onu tutub.

Yeniyetmənin sözlərinə görə, kişi onu yolda tutub və bıçaqla hədələyərək bu evə gətirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.