“Sürətli yaşa, cavan öl” devizi bəzi ağaclara da aid imiş

02:20 11-09-2020 402

Tez-tez rok ulduzların həyat tərzini təsvir edən “Sürətli yaşa, cavan öl” ifadəsi bəzi ağaclara da aid imiş.

“The Guardian”ın xəbərinə görə, Leeds Universitetinin rəhbərliyi Afrika və Antarktida xaricində digər qitələrdən 110 ağac növündən götürülmüş 200 mindən çox nümunə üzərində beynəlxalq araşdırma aparıb.

Ağacların böyümə sürəti və ömrü arasındakı əlaqə üzərində dayanan, bu günə qədər edilən ən geniş araşdırma nəticəsində məlum olub ki, daha sürətli böyüyən ağaclar daha tez “ölür”.

Aydın olub ki, isti iqlim şəraitində sürətlə böyüyən ağacların daha çox karbon qazı yığacaqları üçün qlobal istiləşməni dayandıracağı proqnozu səhvdir.

Sirakuza Universitetinin ətraf mühit və meşə biologiyası şöbəsinin alimi Stiv Volker bildirib ki, sürətlə böyüyən ağaclarda onları daha zəif edəcək, yavaş böyüyənlərdə isə onları daha möhkəm edəcək xüsusiyyətlər var.