Bakıda 60 yaşlı piyadanı avtomobil vurdu

06:00 11-09-2020 30

Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Yolu keçən 1960-cı il təvəllüdlü Abiyev Allahverdi Yunus oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.