Ev şəraitində saçlarını boyayan qadın güzgüyə baxanda şoka düşdü - FOTO

07:00 11-09-2020 575

Ev şəraitində saçlarını boyayan kanadalı qadın bu addımının qorxunc fəsadları ilə üzləşib.

O, başına gələnləri “Daily Mail”ə danışıb.

Saç ustası işləyən Şerri Virtyunun sözlərinə görə, həyatı boyu müstəqil şəkildə altı dəfə saçlarını boyayıb və əvvəllər heç bir problemlə üzləşməyib.

Qadın son boyama proseduru zamanı dərisində qaşıntı hiss etməyə başlayıb. Lakin o buna əhəmiyyət verməyib, bir neçə gündən sonra isə qaşıntı keçib.

Qadın bir müddətdən sonra proseduru təkrarlamaq qərarına gəlib. Boyama zamanı onun başının və boğazının dərisi qaşınmağa, yanmağa başlayıb. Üç gün sonra isə qadının üzü o qədər şişib ki, gözlərini aça bilməyib.

41 yaşlı Virtyu allergik reaksiyaya məruz qaldığını anlayaraq dərhal həkimə müraciət edib.

Qadının sözlərinə görə, boyamanın təsirindən tam qurtulmaq üçün düz bir ay vaxt lazım olub. Bundan əlavə, dərisində qalan toksinlərdən qurtulmaq üçün o, iki dəfə başını keçəl eləmək məcburiyyətində qalıb:

“Bir daha saçlarımı boyamaram, çünki bu, sonum ola bilər. Bu mənim çəkdiyim ağrılara dəyməz”,  deyə saç ustası bildirib.

Virtyu qadınları keyfiyyətsiz saç boyasından çəkindirmək üçün öz hekayəsini paylaşmaq qərarına gəlib. O, həmçinin istənilən kosmetik vasitəni istifadə etməzdən əvvəl allergik reaksiyanı yoxlamağı tövsiyə edib.