Bakının bəzi küçələrindəki sıxlıq səbəbindən avtobuslar gecikir - FOTO

19:00 11-09-2020 27

Axşam pik saatı olduğundan Bakının bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə BNA-dan məlumat verilib.

Bildirilib ki, sıxlıq səbəbindən əksər istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr var.

- H.Əliyev prospekti kənar yol (ASK Arenanın qarşısından H.Əliyev mərkəzinə kimi)

- K.Rəhimov küçəsi

- Tbilisi prospekti hər iki istiqamət 

- Babək prospekti şəhər istiqaməti