Yaponiyalı qadın futbolçu kişilərdən ibarət komandada çıxış edəcək

23:20 11-09-2020 443

“Çikaqo” komandasının və Yaponiya millisinin qadın futbolçusu Yuki Naqasato kişilərdən ibarət komadanın oyunçusu olub.

Bu barədə “Match TV” məlumat yayıb.

33 yaşlı idmançı icarə əsasında “Hayabusa Eleven” komandasına keçib.

Naqasato Yaponiyada kişilərlə birlikdə oynayacaq ilk qadın futbolçu olacaq.