Kürdəmir sakini şüşə ilə özünü ağır yaralayıb

23:40 11-09-2020 372

Kürdəmir rayon sakini özünə ağır xəsarət yetirib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, 28 yaşlı kənd sakini Əsədli Vüsal Elman oğlu özünə şüşə qırığı ilə ürək nahiyəsindən və sol qoluna ağır xəsarət yetirib.

Yaralı yaxınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona ilkin tibbi yardım göstərib. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, özünə xəsarət yetirən Vüsal Əsədli ruhi xəstədir.