Rusiyalı biznesmen polislərin gözü qarşısında özünü güllələdi

02:00 12-09-2020 389

Saxlanılan şəxs polisin gözü qarşısında özünü güllələyib.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, Rusiyanın paytaxtında hüquq mühafizəçiləri axtarışda olan kişini saxlayıblar. O, polislərlə birlikdə öz maşınında getməyə razılıq verib (şübhəli sükan arxasında olub). Lakin polis məntəqəsinin qarşısına çatanda silahını çıxardaraq elə maşındaca öz başından güllə açıb.

Hadisə yerinə gələn həkimlər onun ölümünü təsdiqləyiblər.

Məlum olub ki, intihar edən şəxs 50 yaşlı biznesmen İqor Karnauxovdur.