Finlandiya və Norveç Yunanıstanda yanan düşərgədəki qaçqınları qəbul edəcəklər

03:40 12-09-2020 404

Finlandiya Yunanıstanın Lesbos adasındakı ciddi yanğına məruz qalan “Moriya” qaçqın düşərgəsindən 11 azyaşlı qaçqını qəbul edəcək.

 Bu barədə TASS Finlandiya Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər yayıb.

Norveç də düşərgədən 50 sığınacaq axtaran şəxsi qəbul etməyə hazırlaşır. Bundan əlavə, ölkə Yunanıstana həkim qrupu da göndərəcək.

Xatırladaq ki, sentyabrın 9-na keçən gecə “Moriya” qaçqın düşərgəsində yanğın baş verib. Nəticədə yüzlərlə miqrant küçədə qalıb.