Türkiyədə ailə dəhşəti: Azyaşlı oğlunu qarderobda asılı tapdı

05:00 12-09-2020 353

Türkiyənin Zonquldak vilayətində alış-verişdən evə qayıdan qadın oğlunu qarderobdan asılmış halda tapıb.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı məlumata görə, anası dörd və doqquz yaşlı oğullarını evdə qoyaraq mağazaya gedib.

Evə qayıdanda doqquz yaşlı oğlan şalla qarderobdan asılmış vəziyyətdə olub.

Xəstəxanaya çatdırılsa da, azyaşlını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.