Rusiyada yaş yarımlıq uşağa işgəncə anları görənləri şoka saldı - FOTO/VİDEO

05:40 12-09-2020 29

Yaş yarımlıq uşaq mütəmadi olaraq döyülüb və ac saxlanılıb.

“112” “Telegram” kanalının məlumatına görə, qəddar hadisə Rusiyanın Omsk vilayətində baş verib.

Bildirilir ki, yarım il əvvəl uşağın anası dul qalıb. Sonra 20 yaşlı qadını ailələrin biri öz himayəsinə götürüb.

Lakin bir müddətdən sonra özünün üç uşağı olan və dördüncüsünə də hamilə qalan himayədar qadın özgə uşağından bezib. O, körpəni öz üslubu ilə “tərbiyələndirmək” qərarına gəlib; onun əllərini bağlayır, döyür və ac saxlayırdı.

Kadrların birində aclıqdan taqətsiz qalan uşağın hətta əlini tərpətməyə belə halının olmadığı görünür.

Ev sahibəsinin doğma uşaqları da işgəncələrdə iştirak ediblər.

Ancaq himayəçi ittihamları qəbul eləmir. Onun sözlərinə görə, uşağın öz anası harasa gedəndə körpənin əllərini bağlayırmış.

İstintaq İdarəsinin məlumatına görə, bütün bu dəhşətlər avqust ayından bəri yaşanıb. Baş verənlərə görə, “azyaşlı uşağa işgəncə vermə” maddəsi ilə cinayət işi açılıb.

RF Prokurorluğu məsələni öz nəzarətinə götürüb.