Türkiyədə son sutkada koronavirusdan 48 nəfər ölüb

23:00 12-09-2020 359

Son sutka ərzində Türkiyədə koronavirusdan 48 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində məlumat yayıb. 

Məlumata görə, son sutka ərzində 98 326 nəfər koronavirus testindən keçib, onlardan 1509-nun cavabı pozitiv çıxıb. 1207 nəfər xəstə isə sağalaraq evə buraxılıb.