Sumqayıtda market əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlanıb

00:20 13-09-2020 37

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. 

APA-nın məlumatına görə, hadisə 9-cu mikrorayonda yerləşən "Al market"də qeydə alınıb.  

Belə ki, marketin əməkdaşı, 1995-ci il təvəllüdlü Əliyev Mehman Faiq oğlu mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Bıçaqlanan şəxs cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.